Tramp Qrenlandiyanı alacağına əmindir: “Danimarka verməsə…”

Qrenlandiyanı
Qrenlandiyanı

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ABŞ-ın nəzarətinə verilməsi ilə bağlı  hakimiyyət ilə razılığa gələcəyinə əmin olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, o, bunun ABŞ üçün lazım olmadığını, azad dünyanı qorumaq üçün vacib olduğunu vurğulayıb.

“Düşünürəm ki, biz Qrenlandiya ilə razılığa gələcəyik. Fikrimcə, biz ora gedəcəyik”, deyə Tramp jurnalistlərə bildirib.

Dövlət başçısı qeyd edib ki, Danimarkanın Qrenlandiya ilə bağlı hansı iddiaları olduğunu bilmir. Onun fikrincə, krallığın hakimiyyət orqanları Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsinə icazə verməsələr, bu, çox qeyri-dost addım olacaq.

Donald Tramp 2024-cü ilin dekabrında Qrenlandiyanı almaq niyyətindən danışıb. Bu fonda Danimarka Müdafiə Nazirliyinin rəhbəri adanın müdafiəsi üçün xərcləri artırmaq planlarını açıqlayıb. Qrenlandiyanın ticarət naziri Naaia Nathanielsen adanın Vaşinqtonla razılaşmaya açıq olduğunu, lakin ABŞ-a qoşulmaq niyyətində olmadığını bildirib.

“Financial Times”ın məlumatına görə, Tramp Danimarkanın baş naziri Mette Frederiksen ilə söhbəti zamanı Qrenlandiyaya nəzarəti ələ almağa ciddi olduğunu bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.