Tramp Respublikaçılar partiyasının qurultayında çıxış etdi:"Çin 10 trilyon dollar təzminat ödəməlidir" 

ABŞ-ın sabiq prezidenti Donald Tramp Respublikaçılar Partiyasının qurultayında çıxış edib.

Azpost.info bildirir ki, bu, onun 2021-ci ildə ilk belə böyük miqyaslı çıxışıdır. Tramp öz çıxışında bəyan edib ki, ABŞ və dünyanın digər ölkələri Çindən COVİD-19 pandemiyasına görə, 10 trilyon dollar təzminat tələb etməlidirlər.

“Bunun üçün zaman gəlib çatıb. Amerika və bütün dünya Çin Kommunist Partiyasından təzminat və məsuliyyət tələb etməlidir. Biz hamımız birgə bəyan etməliyik”-deyə Tramp vurğulayıb.

Bununla Tramp fəal siyasətə qayıtdığını nümayiş etdirib. O, 2024-cü ilin prezident seçkilərində iştirak etmək niyyətindədir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bank hesabında 1 milyon dollardan xəbərsiz olan “bomj” vəfat edib

Sonrakı məqalə

“Formula-2” Azərbaycan Qran-prisində son yarış başlayıb