“Formula-2” Azərbaycan Qran-prisində son yarış başlayıb

Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yarışın startı verilib.

Apasport.az saytının məlumatına görə, 11 komandanın pilotları bir saat beş dəqiqə ərzində dövrə vuraraq, qalibi müəyyənləşdirəcəklər.

“Əvəzedicilər” bununla da paytaxtımızda keçirilən Azərbaycan Qran-prisi çərçivəsində çıxışlarını yekunlaşdıracaqlar.

Qeyd edək ki, Bakıda “Formula-2” üzrə dünən təşkil olunan ilk iki sprint yarışında müvafiq olaraq Robert Şvartzman (“Prema”) və Juri Vips (“Hitech Grand Prix”) qalib adını qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp Respublikaçılar partiyasının qurultayında çıxış etdi:

Sonrakı məqalə

Zelenski jurnalistlərə kabab bişirdi: