Tramp Rusiyanın şərtləri ilə Ukraynaya ultimatum təqdim edə bilər

tramp zelenski
tramp zelenski

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynadan ya Rusiya ilə danışıqlar aparmağı, ya da Pentaqonun kritik hərbi dəstəyini dayandırmağı tələb edən ultimatumu nəzərdən keçirir. AzPost xəbər verir ki, bunu Britaniyanın Daily Telegraph qəzeti yazıb.

“Çox güman ki, Ukrayna ultimatumla üzləşəcək: ya sülh sazişi imzalamaq <…>, ya da ABŞ kəşfiyyatını və maddi-texniki dəstəyini həmişəlik itirəcək”, – nəşr yazır.

Eyni zamanda, qəzet ABŞ-da Ukrayna məsələsində Trampın mövqeyini dəstəkləyən siyasi qüvvələrin olmasına diqqət çəkir. Bu dairələr, nəşrə görə, Rusiyanın ərazi tələblərini haqlı və nəzərə alınmağa layiq hesab edirlər.

Nəşr Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin Vladimir Zelenski ilə bağlı səs-küylü insidentdən qısa müddət sonra Vaşinqtona səfərinə xüsusi əhəmiyyət verir . Nəşr bu hadisələri Moskva üçün “diplomatik çevriliş” kimi səciyyələndirərək, Rusiya nümayəndəsinin Ukrayna nümayəndə heyətinin əvvəllər qovulduğu divarlar arasında qəbul edilməsinin simvolikliyini vurğulayır.

Xatırladaq ki, bir gün əvvəl Amerika lideri Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenskinin Ukrayna ilə bağlı “sövdələşməyə hazır olduqlarını” bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.