Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib.

Bu barədə D. Tramp “Twitter”də bildirib.

“Səs sayımını dayandırın. Seçki günündən sonra verilən heç bir səs sayılmayacaq!”, – deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ştatların bəzilərində hələ də səs sayımı prosesi davam edir. İlkin nəticələrə görə, Demokratların namizədi Co Bayden öndədir. Respublikaçıların namizədi D. Tramp seçki saxtakarlığının olduğunu və ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildirib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam, baş ravvin və arxiyepiskop ABŞ-ın “Newsweek” jurnalı üçün məqalə yazdı –

Sonrakı məqalə

Prezident İlham Əliyevə yazırlar: