Tramp seçiləcəyi təqdirdə ABŞ sərhədlərini bağlayacağını deyib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə ilk növbədə ölkə sərhədini bağlamaq niyyətindədir.

Azpost.info xəbər verir ki, bu barədə o, “Fox News”a bildirib.

Eyni zamanda Tramp miqrantların kütləvi deportasiyasını təşkil etməyi planlaşdırır.

“Etməli olduğunuz ilk şey sərhədi bağlamaqdır. Milyonlarla insan ABŞ-da qeyri-qanuni yaşaya bilməz. O zaman biz kütləvi deportasiyalar təşkil etməliyik”, – Tramp qeyd edib.

Tramp bu məsələdə demokratları dəstəkləyən seçicilərin də dəstəyini qazandığına əminliyini ifadə edib: “Qeyri-qanuni mühacirlərlə bağlı vəziyyət onları da qane etmir”.

Azpost.info

Əvvəlki məqalə

İsveçrədə Ukrayna böhranı ilə bağlı sammit keçiriləcək

Sonrakı məqalə

Magistraturaya qəbul imtahanı verənlər buraxılış vərəqəsini çap edə bilər