Tramp Senatın “erməni soyqırımı” ilə bağlı qətnaməsinə veto qoydu

ABŞ prezidenti Donald Tramp Senatın qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə barəsində veto hüququndan istifadə edib.

Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məlumat verib.

Morqan Ortaqusun açıqlamasına görə, ABŞ Senatında qəbuı edilən qərar hüquqi deyil. O əlavə edib ki, “soyqırımı” məsələsində hakimiyyətin mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəkil ilə eynidir. Qeyd edək ki, rəsmi Ankara ABŞ Senatının qərarının hüquqazidd olduğunu bildirmişdi.

Xatırladaq ki, ABŞ prezidentinin 24 aprel 2019-cu ildə 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlamasında “erməni soyqırımı” ifadəsinə yox, “böyük fəlakət” ifadəsinə yer verilib.  (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP-da kadr dəyişikliyi olub-

Sonrakı məqalə

Səbail rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq –