Tramp Si Cinpinlə oktyabrın 30-da görüşəcək

ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada Çin lideri Si Cinpinlə görüşəcək.

Bu barədə, Ağ Evin sözçüsü Kerolayn Livitt məlumat verib.

“Cümə axşamı yerli vaxtla səhər saatlarında prezident Tramp Çin lideri Si Cinpinlə ikitərəfli görüşdə iştirak edəcək”, – Livitt deyib.

Livitt həmçinin əlavə edib ki, Çin lideri ilə görüş ABŞ prezidentinin ASEAN sammitində iştirak edəcəyi Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərləri əhatə edən Asiya turunun yekununda baş tutacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.