Tramp siyasətçi olmadığını bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, o özünü siyasətçi hesab etmir.

“Report” xəbər verir ki, Ağ Ev rəhbəri müvafiq bəyanatı özünün “Twitter”dəki hesabında yazıb.

“Mənim bəyanatlarım Vaşinqtonun tipik siyasətçilərinin çıxışları ilə oxşar deyil, çünki mən siyasətçi deyiləm”, – deyə Tramp bildirib.

“Mən həmişə Vaşinqtonun siyasi elitasının qaydaları üzrə oynamıram, ona görə ki, mən sizin (seçicilər-red) uğrunuzda güclü mübarizə aparmaq üçün seçilmişəm”, – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant olacaq –

Sonrakı məqalə

Döyüş əməliyyatları Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib –