Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp son anda İrana zərbədən imtina edib

User 03 Avqust 2026 - 07:50 (Last updated: 03 Avqust 2026 - 07:50)
tramp tiktok

ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatdan başlanmasına təxminən bir gün qalmış imtina edib.

Azpost.info bildirir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hücuma hazırlıq Trampın Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən bir gün sonra – çərşənbə günü başlayıb.

ABŞ Mərkəzi Komandanlığı İranın enerji infrastrukturuna məxsus obyektlərə zərbə endirilməsi planını hazırlayıb. İddialara görə, İsrail də bu əməliyyatda iştirak etməli idi.

Amerikalı rəsmi telekanala bildirib ki, İsrail tərəfi Vaşinqtona xəbərdarlıq edib: əgər zərbə İran iqtisadiyyatına və hakimiyyət strukturlarına ciddi ziyan vurmayacaqsa, belə əməliyyatın keçirilməsinin mənası yoxdur.

Cümə və şənbə günləri Qətər İran, ABŞ və Oman nümayəndələrinin iştirakı ilə intensiv danışıqlar apararaq gərginliyin artmasının qarşısını almağa və Ormuz boğazının açılmasına nail olmağa çalışıb.

Mənbələrin sözlərinə görə, Doha Trampdan Tehranla razılıq əldə etmək üçün əlavə bir gün vaxt istəyib və ABŞ Prezidenti bu xahişlə razılaşıb.

Daha sonra Qətər ABŞ liderinə İranın Ormuz boğazının açılması ilə bağlı təklifi qəbul etdiyini bildirib.

Eyni zamanda, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da Trampı İrana zərbə endirmək planından imtina etməyə çağırıb.

Bundan sonra Donald Tramp Truth Social sosial şəbəkəsində bildirib ki, İranın Ormuz boğazını açmağa və nüvə proqramını dayandırmağa razılıq verməsindən sonra hərbi əməliyyatın ləğvi barədə qərar qəbul edib.

AzPost.az

Post navigation

Previous: “İranla danışıqlar bazar ertəsi bərpa olunacaq” –
Next: İnsanın mənşəyi ilə bağlı şok kəşf –

Oxşar xəbərlər

pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.