ABŞ prezidenti Donald Tramp bildirib ki, ömrü boyu spirtli içki içməyib, siqaret çəkməyib və heç vaxt narkotikdən istifadə etməyib. AzPost xəbər verir ki, o, bu barədə Britaniyanın GB News kanalına müsahibəsində danışıb.
Tramp vərdişlərdən asılılığın çox çətin aradan qaldırıldığını qeyd edərək, eyni xəbərdarlığı hər zaman övladlarına da etdiyini vurğulayıb.
“Uşaqlarıma həmişə demişəm: narkotikdən, alkoqoldan, siqaretdən uzaq durun. Başlamasanız, uzun çəkən asılılıq dövrü də olmayacaq”, – deyə o bildirib.
Müsahibə zamanı Tramp yenidən Tayland və Kambodja arasında münaqişənin dayandırılmasında rol oynadığını xatırladıb.
Bundan başqa, o, ABŞ-ın Ukraynada davam edən münaqişənin həlli üçün təzyiq göstərdiyini də söyləyib.