“Tramp tapançanı Zelenskinin başına dirədi” –Qərb mətbuatı

The Telegraph nəşri ABŞ-ın Ukraynaya təklif etdiyi yeni mineral razılaşmasını sərt tənqid edib.

Musavat.com xəbər verir ki, nəşrin məlumatına görə, prezident Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə böyük təzminat ödəməyi və ölkənin neft, qaz və digər yeraltı sərvətlərinin yarısını, eləcə də əksər metalları və infrastrukturun böyük hissəsini ABŞ-a verməyi tələb edib.

ABŞ-ın Ukraynaya təklif etdiyi yeni mineral razılaşması mübahisə doğurub.

Trampın tələb etdiyi “şərtlər”

The Telegraph yazır ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya misli görünməmiş bir razılaşma təklif edib. Bu razılaşmaya əsasən:

⚫️ Ukrayna öz neft, qaz və digər yeraltı sərvətlərinin yarısını ABŞ-a verməlidir
⚫️ Ölkənin əsas metalları və infrastrukturunun böyük hissəsi ABŞ-ın nəzarətinə keçməlidir
⚫️ Kiyev ABŞ-a böyük məbləğdə təzminat ödəməlidir

Nəşr qeyd edir ki, bu tələb Ukraynanın iqtisadi və enerji sektorunun tamamilə ABŞ-ın nəzarətinə keçməsi deməkdir.

“Bu, razılaşma deyil, müsadirə sənədidir”

Atlantic Council-in enerji hüququ üzrə eksperti Alan Rayli sənədi sərt şəkildə tənqid edərək bildirib: “Bu, ekspopriasiya (zorla müsadirə) sənədidir. Heç bir zəmanət yoxdur. ABŞ istədiyi vaxt çıxa bilər, Ukrayna isə bu öhdəliklərin əsiri olacaq. Mən belə bir şey görməmişəm”.

Mütəxəssislər hesab edirlər ki, bu razılaşma diplomatiya tarixində misli görünməmiş bir sənəddir və beynəlxalq hüquq normalarına ziddir.

ABŞ-ın əsas məqsədi…

The Telegraph məqaləsində qeyd edir ki, Trampın məqsədi Ukraynanı ABŞ-ın neft, qaz və resurs sənayesinin bir hissəsinə çevirməkdir.

Bundan əlavə, razılaşma Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə uyğun gəlmir.

Ekspertlərin fikrincə, ABŞ-ın bu addımı Kiyevi Aİ-dən uzaqlaşdırmaq və onu öz iqtisadi orbitinə daxil etmək məqsədi güdür.

“Məni maraqlandıran əsas sual budur: bəlkə də məqsəd Zelenskini bu razılaşmadan imtina etməyə məcbur etməkdir?” – deyə Rayli vurğulayıb.

“Demokratik müttəfiqə qarşı qəddar yanaşma”

The Telegraph yazır ki, bu razılaşma Ukraynanın müstəqilliyinə və suverenliyinə ciddi təhlükə yaradır.

“Bu, demokratik müttəfiqə qarşı görünməmiş bir təzyiq üsuludur. Ukrayna bu gün təkcə öz azadlığı uğrunda deyil, həm də Qərbin Rusiya imperializminə qarşı müdafiəsi üçün mübarizə aparır. Ancaq ABŞ-ın bu təklifi onun mövcudluğunu daha da çətinləşdirir”, – məqalədə vurğulanır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.