Donald Tramp prezident seçkilərində rəqibi Kamala Harrisə məğlub olsa “Tesla”nın sahibi İlon Mask həbsxanaya düşəcək.
Azpost.info bildirir ki, milyarder bu barədə jurnalist Taker Karlsonla müsahibəsində deyib.
“Tramp uduzsa, mən bitdim. Sizcə həbs cəzam nə qədər olacaq? Sizcə mən uşaqlarımı görəcəyəm?” -deyə Mask qəribə açıqlama verib.
Mask iyul ayında seçki mübarizəsində Trampı açıq şəkildə dəstəkləməyə başlayıb. Daha sonra Tramp Maska X platforması üzərindən müsahibə verib. Müsahibə 1 milyarddan çox baxış toplayıb.
Oktyabrın 5-də milyarder Batlerdə Respublikaçıların mitinqinə qatılaraq, onun qələbəsinin ABŞ-da Konstitusiya və demokratiyanı qorumaq üçün zəruri olduğunu bildirib.