Tramp Ukraynanı Rusiya ilə danışıqlara çağırıb

Tramp Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlardan əvvəl Kiyevə təzyiq göstərib.

Azpost.info ABŞ prezidenti Ukraynanı ən qısa müddətdə danışıqlar masasına gəlməyə çağırıb. O, bu açıqlamanı prezident  təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən verib.

“Bunlar vacib danışıqlardır. Çox sadə olacaq. Nə qədər tezdir, Ukrayna ən qısa müddətdə danışıqlar masasında otursa yaxşı olar. Sizə deyə biləcəyim tək şey budur. Mənim möveyim belədir: Onların danışıqlar masasına gəlməsini istəyirəm”, – deyə Tramp bildirib.

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar bu gün Cenevrədə başlayacaq. Bu, hər iki tərəfin müsbət qiymətləndirdiyi BƏƏ-dəki üçtərəfli görüşlərin davamıdır. Ukrayna və ABŞ nümayəndə heyətlərini dəyişməz saxlayıb, Rusiya isə Vladimir Putinin köməkçisi Vladimir Medinskinin rəhbərlik edəcəyi danışıqlar qrupunun səviyyəsini aşağı salıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.