Tramp Ukraynaya 400 milyon dollarlıq hərbi büdcəni bu tarixdə imzalayacaq

Ukrayna
Ukrayna

ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardım nəzərdə tutan çoxmilyardlıq müdafiə büdcəsini dekabrın 18-də imzalayacaq. AzPost xəbər verir ki, bu barədə Ağ Evin rəsmi gündəliyində yer alan məlumata əsasən xəbər yayılıb.

Məlumata görə, sənədin imzalanma mərasimi Vaşinqton vaxtı ilə cümə gününə keçən gecə, Moskva vaxtı ilə təxminən saat 02:00-da Oval kabinetdə baş tutacaq. Söhbət ABŞ-ın 2026-cı maliyyə ili üçün nəzərdə tutulan müdafiə büdcəsindən gedir. Büdcənin ümumi həcmi 900 milyard dollardan çoxdur.

İmzalanacaq sənəddə Ukrayna üçün ayrıca maliyyə paketi də yer alır. Belə ki, Ukraine Security Assistance Initiative proqramı çərçivəsində Kiyevə 400 milyon dollar həcmində vəsait ayrılması nəzərdə tutulur. Bu vəsait əsasən yeni silah-sursatın alınmasına və hərbi texnikanın gücləndirilməsinə yönəldiləcək. Qeyd olunur ki, oxşar məbləğin 2027-ci il üçün də ayrılması planlaşdırılır.

Ağ Evin cədvəlinə əsasən, Tramp həmin gün daha bir icra sərəncamı da imzalamağı planlaşdırır. Lakin bu sərəncamın məzmunu açıqlanmır və tədbir “qapalı” formatda göstərilir. Prezidentin gündəliyində, həmçinin, qarşıdan gələn Milad bayramı ilə əlaqədar bir neçə qapalı qəbulun da yer aldığı bildirilir.

Xatırladaq ki, ABŞ Senatı bir gün əvvəl 2026-cı il üçün müdafiə xərclərini nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib. Qanun layihəsi Konqresdə uzun müzakirələrdən sonra qəbul olunub və ABŞ-ın hərbi xərclərinin rekord həddə çatdığını göstərir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.