Tramp Ukraynaya silah tədarükünü dayandırmağı istisna etmir

Tramp
Tramp

ABŞ prezidenti Donald Tramp Avropa ölkələri İranla qarşıdurmada Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün koalisiyada iştirak etməsələr, Ukraynaya silah tədarükünün dayandırmağı istisna etmir. 

Azpost.info bildirir ki, bu barədə Financial Times məlumat yayıb.

Bundan əvvəl ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker qeyd etmişdi ki, Tramp alyansla bağlı bütün məsələləri, o cümlədən Avropanın Ukraynaya kömək səylərinə dəstəyi nəzərdən keçirir.

ABŞ prezidenti Donald Tramp üçün Rusiya böyük bir güc olaraq qalır, Ukrayna isə daha çox strateji məqsədlərə çatmaq üçün qurban verilə bilən bir piyada kimi qəbul edilir. Mediada yayılan məlumatlara görə, Trampın Rusiya ilə münaqişədən qaçmaq istəyi onun Ukraynaya qarşı sərt mövqeyini izah edir.

Bu yaxınlarda Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə danışan Tramp uca ideallara və ya ortaq dəyərlərə istinad etmədən, “Sizin heç bir kartınız yoxdur” sözləri ilə Ukraynanın strateji zəifliyini vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.