Tramp və Çin lderi görüşdü, 2 saat danışdılar –Nələr razılaşdırılıb?

Çin lideri Si Cinpin və ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində görüşüb.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Görüşdən əvvəl Çinin Xarici İşlər Nazirliyi liderlərin ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi apardıqlarını açıqlayıb.

Görüş 1 saat 40 dəqiqə davam edib.

Çin lideri Si Cinpin görüşdən sonra bəyan edib ki, Pekin və ABŞ iki ölkə arasındakı əsas ticarət və iqtisadi mübahisələrin həlli ilə bağlı razılığa gəliblər: “İki ticarət və iqtisadi heyətimiz bizi narahat edən əsas məsələlərin həlli ilə bağlı əsas razılığa gəlib və ümidverici irəliləyiş əldə ediblər”, – o deyib.

Si Cinpinin sözlərinə görə, Çin və ABŞ bir-birinə uğur və ortaq rifah əldə etməyə kömək edə bilər.

Bundan əlavə, Tramp kənd təsərrüfatı sahəsində əldə olunan razılaşmalar barədə məlumat verib: “Çox böyük miqdarda soya paxlası və digər kənd təsərrüfatı məhsulları dərhal, elə indi alınacaq”, – o bildirib.

Tramp vurğulayıb ki, Çinlə ticarət sazişi əldə olunub. Saziş bir il müddətinə qüvvədə olacaq və daha sonra yenidən nəzərdən keçiriləcək. Onun sözlərinə görə, sazişin imzalanması yaxın vaxtlarda baş tuta bilər, çünki bunun üçün ciddi maneələr yoxdur.

ABŞ prezidenti həmçinin qeyd edib ki, aprel ayında Çinə səfər etməyi planlaşdırır, bundan sonra isə Si Cinpinin ABŞ-a cavab səfəri baş tuta bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.