Tramp və Putin telefonla danışıb

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə arasında telefon danışığı baş tutub.

Bu barədə Ağ Ev rəhbəri “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, telefon danışığı bir saatdan çox davam edib.

Söhbət zamanı Ukraynanın Rusiyadakı aerodromlara hücumları müzakirə olunub.

Tərəflər arasında telefon danışığının baş tutduğunu Kremlin mətbuat katibi Dmitri Peskov da “TASS” agentliyinə təsdiqləyib.

Qeyd edək ki, bu, cari ilin əvvəlindən bəri iki lider arasında dördüncü telefon danışığıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.