ABŞ Prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqezlə telefonla danışıb.
Bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb. O, danışığın çox yaxşı keçdiyini bildirib. ABŞ Prezidenti deyib ki, ölkəsi Venesuelanın sabitləşməsinə və bərpasına kömək sahəsində böyük irəliləyişlər əldə edib.
“Neft, minerallar, ticarət və milli təhlükəsizlik də daxil olmaqla bir çox mövzu müzakirə edildi. Amerika Birləşmiş Ştatları ilə Venesuela arasındakı bu tərəfdaşlıq hər kəs üçün möhtəşəm olacaq. Venesuela tezliklə yenidən, bəlkə də əvvəlkindən daha möhtəşəm və çiçəklənən ölkəyə çevriləcək”, -deyə Tramp qeyd edib.