Çin sədri Si Cinpin G20-yə səfərini ləğv edib.
AzPost bildirir ki, Çini 21-23 noyabr tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilməsi planlaşdırılan G20 sammitində Baş nazir Li Qianq təmsil edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat verib. Pekin qeyd edib ki, G20 sammitində iştirak etməzdən əvvəl Li Qianq 17-18 noyabr tarixlərində Moskvada və 19-20 noyabr tarixlərində Zambiyada keçiriləcək ŞƏT Hökumət Başçılarının görüşündə iştirak edəcək.
Tramp əvvəllər Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcəyini bildirərək, ev sahibi ölkənin “çox pis siyasət yürütdüyünü” iddia etmişdi. ABŞ prezidenti Cənubi Afrika hakimiyyətinin ölkədə “ağ fermerlərin qırğınlarını” asanlaşdırdığına dair əsassız ittihamlar irəli sürüb. Nəticədə, ABŞ görüşdə ümumiyyətlə təmsil olunmayacaq.
Putin də sammitə gəlməyəcək. Rusiyanı Prezident Administrasiyasının aparat rəhbərinin müavini Maksim Oreşkin təmsil edəcək. 2021, 2022, 2023 və 2024-cü illərdə ölkəni xarici işlər naziri Sergey Lavrov təmsil edib. Putin sonuncu dəfə G20 sammitində 2020-ci ildə iştirak edib.