Rusiya və ABŞ prezidentlərinin görüşü avqustun 15-də Alyaskada baş tutacaq.
AzPost bildirir ki, bu, Vladimir Putinin xüsusi hərbi əməliyyat başlayandan bəri ABŞ-a ilk rəsmi səfəri olacaq.
Moskva Putinlə Trampın taleyüklü görüşünün avqustun 15-də Alyaskada baş tutacağını təsdiqləyib.
ABŞ prezidenti Tramp da görüşü təsdiqləyib.
“Amerika Birləşmiş Ştatlarının prezidenti kimi Rusiya prezidenti Vladimir Putin arasında çox gözlənilən görüş 2025-ci il avqustun 15-də Böyük Alyaska ştatında baş tutacaq”-deyə Tramp açıqlamsında deyib.