ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün xüsusi nümayəndəsi Stiv Vitkovu Moskvaya göndərdiyini açıqlayıb.
AzPost bildirir ki, o, bunu Truth Social media platformasında yazıb.
“Mən xüsusi nümayəndəm Stiv Vitkovu Moskvada Prezident Putinlə görüşməyə tapşırdım. Ordu naziri Den Driskol isə ukraynalılarla görüşəcək”, – deyə Tramp bildirib.
Amerika lideri əlavə edib ki, Ukraynadakı münaqişənin həlli üçün danışıqların ilkin 28 bəndlik planı yekunlaşdırılıb və yalnız bir neçə fikir ayrılığı sahəsi qalıb.
Tramp həmçinin Rusiya və Ukrayna prezidentləri ilə yalnız müharibənin sona çatması barədə razılaşma qəti olduqda və ya son mərhələdə olduqda şəxsən görüşmək niyyətində olduğunu vurğulayıb.