Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı Biznes Forumunda çıxış edən ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Qarabağ münaqişəsi ilə bağlı telefon danışığını xatırladıb.
“Amma mən bir çox başqa müharibələrdə çoxlu insanı, milyonlarla insanı xilas etdim. Azərbaycan. Orada nə baş verdiyini bilirsinizmi? Mən bunu yoluna qoydum. Bu, uzun illər davam edirdi. Putin mənə zəng etdi və dedi ki, “İnanmıram ki, sən hər şeyi düzəldə bildin. Biz bunu uzun müddətdir bunu həll etməyə çalışırıq”. Mən dedim ki, “Narahat olma. Sadəcə sənin bu lazımsız müharibəni (Ukraynadakı müharibəni – red.) yoluna qoymağa icazə ver”, – deyə Ağ Evin sahibi şəxsi bildirib.