“Tramp yolu”nun bizim Ermənistanla marşrutumuza aidiyyəti yoxdur” –Pezeşkian Zəngəzur dəhlizindən danışdı

İran prezidenti Məsud Pezeşkian jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandırıb.

AzPost-un mlumatına görə, Pezeşkiyan bildirib ki, İslam Respublikasının bu marşrutla bağlı tələbləri nəzərə alınıb.

Onun sözlərinə görə, məsələ xəbərlərdə şişirdildiyi kimi deyil: “Bu mövzuda heç bir problem olmayacaq. TRIPP-in bizim Ermənistanla marşrutumuza aidiyyəti yoxdur. Bunun ABŞ-la heç bir əlaqəsi yoxdur. Ermənistanla əvvəlcədən razılaşmalarımız olub. Onu bağlaya bilməzlər. İndi biz oturub bu məsələləri müzakirə edəcəyik. Əraqçi (XİN başçısı) bu işlə məşğul olur, narahatlığa əsas görmür”.

Pezeşkian bildirib ki, İranın Avropaya və ya şimala gedən yolunun bağlanmaması məsələləri nəzərə alınıb. “Yeganə narahatlıq isə bu yolun amerikalı və erməni şirkətlər tərəfindən inşa ediləcəyidir”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.