Tramp-Zelenski görüşünə Avropa liderləri də dəvət edilib

Vaşinqtonda Trampın Zelenski ilə keçiriləcək görüşünə Avropa liderləri də dəvət olunub.
AzPost bildirir ki, bu barədə “Nyu-York Tayms” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp Ukraynaya ərazi güzəştlərini nəzərdə tutan “sülh planı”nı müzakirə etmək istəyir.
NYT onu da qeyd edir ki, Alyaska sammitindən sonra müttəfiqlərin bəyanatlarında artıq ilkin atəşkəs tələbi yoxdur. Bu, əvvəllər məcburi şərt sayılırdı.
Qəzetin yazdığına görə, avropalılar birbaşa sülh sazişində israr edən Trampla ziddiyyət yaratmamağa çalışırlar.
Nəşr yazır ki, Zelenski öz ritorikasında da ehtiyatlı olub.O, öz bəyanatında Trampın ilkin atəşkəs olmadan sülh sazişi ilə bağlı mövqeyinə açıq şəkildə etiraz etməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.