ABŞ prezidenti Tramp Vladimir Zelenskidən Ukraynadakı müharibəyə son qoymaq üçün təklif edilən planı 27 noyabra- ABŞ-da qeyd olunan Şükranlıq gününə qədər təsdiqləməsini istəyir.
AzPost bildirir ki, bu barədə Financial Times qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat verib.
Onların sözlərinə görə, imzalandıqdan sonra sənəd Moskvaya göndəriləcək. Dekabrın əvvəlində sülh danışıqları başlanacaq. Rəsmilər planın “diplomatiyanın mümkün qədər tez canlanmasına” kömək edəcəyinə inanırlar.
Lakin Zelenskinin ofisi hesab edir ki, bu müddətə əməl olunması mümkün deyil, çünki planda Kiyev üçün qəbuledilməz bir neçə məqam var.
28 maddəlik sülh müqaviləsinin təklif olunan layihəsi dünən Ukrayna Radasının üzvü tərəfindən dərc edilib. Daha sonra Axios, Financial Times və digər nəşrlər də eyni şeyi edib.