Trampdan xarici dərman şirkətlərinə zərbə –Oktyabrın 1-dən 100 faizlik tariflər

Oktyabrın 1-dən ABŞ idxal edilən əczaçılıq məhsullarına 100 faiz rüsum tətbiq ediləcək.

AzPost bildirir ki, bu barədə prezident Tramp öz paylaşımında bəyan edib.

O bildirib ki, bu rusumlar ABŞ-da fabrik tikintisinə başlamayan dərman şirkətlərinə tətbiq olunacaq.

“Əcnəbi şirkət Amerikada əczaçılıq zavodu tikməsə, oktyabrın 1-dən onların hər hansı markalı və ya patentli əczaçılıq məhsuluna 100% tarif tətbiq edəcəyik”- deyə Ağ Ev rəhbəri yazıb.

Tramp izah edib ki, “tikinti” termini “torpaq işlərinə başlandı” və yaxud “tikinti gedir” kimi müəyyən ediləcək. “Əgər tikinti artıq başlayıbsa, bu əczaçılıq məhsullarına tariflər tətbiq edilməyəcək”-deyə Tramp qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.