“Trampı tarixi qələbə münasibətilə təbrik edirəm”- Britaniya Baş naziri

Böyük Britaniya Baş naziri Keir Starmer respublikaçı Donald Trampı ABŞ prezident seçkilərində qazandığı tarixi qələbə münasibətilə təbrik edib.

Azpost.info xəbər verir ki, o, iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə ümid etdiyini bildirib.

“Yeni seçilmiş prezident Trampı tarixi qələbəsi münasibətilə təbrik edirəm. Gələcək illərdə də sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Ən yaxın müttəfiqlərimiz olaraq azadlıq, demokratiya kimi ümumi dəyərlərimizi müdafiə etmək üçün çiyin-çiyinə dayanırıq”, – Stramer qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.