Trampın Ağ Evdə brifinqi yarımçıq dayandırmasının səbəbi açıqlanıb

Ötən gün ABŞ Prezidenti Donald Trampın keçirdiyi brifinqi yarımçıq dayandırmasının təfərrüatları məlum olub.

TASS agentliyi verdiyi məlumata görə, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, buna səbəb Merilend sakini 51 yaşlı Basil Berrimanın şübhəli hərəkətləri olub. O, brifinq başlayandan sonra Ağ Evin yaxınlığında insanları öldürməklə hədələyib.

Berriman üzərində silah olduğunu deyərək, ABŞ Təhlükəsizlik xidmətinin əməkdaşına tərəf yaxınlaşıb, eyni zamanda insanları öldürməklə bağlı fikirlər səsləndirib.

Təhlükəsizlik xidmətinin zabiti Berrimana atəş açmağa məcbur olub. Güllə yarası alan şübhəli xəstəxanaya yerləşdirilib.

Lakin onun üzərində hər hansı odlu silahın olduğunu sübut edəcək dəlilin tapılması ilə bağlı məlumat verilməyib.

Hadisə baş verən an mühafizəçilər prezidentin təhlükəsizliyini təmin etmək məqsədilə ona yaxınlaşaraq, idarə rəisinin müşayiəti ilə salonu tərk ediblər. Sonradan geri qayıtdıqdan Tramp hadisə barədə jurnalistlərə məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qaz ilə göyərçinin əhvalatı” adlı “kitabın” uşaqlar arasında yayılması qadağandır” –

Sonrakı məqalə

Mədəniyyət Nazirliyinin şöbə müdiri İntiqam Hümbətov işdən çıxıb