Trampın koronavirus testinin nəticəsi açıqlandı

ABŞ prezidenti Donald Tramp yenidən onda koronavirusun olub-olmaması ilə bağlı tibbi yoxlamadan keçib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasına əsasən “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, testin nəticəsi mənfi olub. ABŞ prezidenti daha əvvəl də bildirib ki, onda koronavirus əlamətləri yoxdur.

Tramp birinci testdən martın 14-də keçib. Növbəti gün onun nəticələri mənfi olub.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 896 450 nəfərə, ölənlərin ümumi sayı isə 45 526 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İraqda koronavirusa minlərlə insan yoluxub

Sonrakı məqalə

Karantin rejimini pozan 10 nəfər həbs edilib –