Trampın məhkəməsi medianın iştirakı olmadan keçiriləcək

Nyu-York Ali Məhkəməsinin hakimi KİV-lərin ABŞ-ın keçmiş prezidenti Donald Trampın işi üzrə keçirilən məhkəmə iclasından canlı yayım imkanı ilə bağlı müraciətini rədd edib.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hakim qərarını Trampın hüquq komandasının məhkəmə zalında kameraların yerləşdirilməsinə qarşı çıxmasından və bunun “sirk” atmosferi yaradacağını bildirməsindən sonra verib.

Bununla belə, 5 fotoqrafa məhkəmənin başlanğıcında fotoşəkil çəkməyə icazə verilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.