Miçiqan məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın gələn il keçiriləcək prezident seçkilərində iştirak etməyə icazə verib.
Azpost.info bildirir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məhkəmə, siyasətçinin 2021-ci ildə baş vermiş Kapitoliyə hücumda rolunun onun yenidən ABŞ prezidenti seçilmək hüququnu məhdudlaşdırdığına dair arqumentləri rədd edib. Oxşar dinləmələr əvvəllər Kolorado və Minnesota ştatlarında başlamışdı.
Trampın özü bu iddiaları seçkiyə müdaxilə adlandırıb.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da o zaman ABŞ prezidenti vəzifəsini icra edən Donald Trampın tərəfdarları etiraz aksiyası keçirərək, Vaşinqtonda Kapitoliyə soxularaq seçkilərdə qalib gəldiyini təsdiq etməli olduqları toplantını pozmuşdular.
İğtişaşlar nəticəsində biri hüquq-mühafizə orqanının əməkdaşı olmaqla 5 nəfər həlak olub. Kapitoliyə basqın edən 300-dən çox adama qarşı ittiham irəli sürülüb.
Trampın Kapitoliyə hücuma görə məhkəməsi 2024-cü il martın 4-nə təyin edilib.
Azpost.info