“Trampın Qafqaz siyasətini proqnozlaşdırmaq çətindir” –Rusiya XİN

Trampın Qafqaz
Trampın Qafqaz

Trampın Qafqaz siyasətini proqnozlaşdırmaq çətindir

ABŞ-nin yeni Prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq hələlik çətindir.

AzPost  bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Trampın Qafqaz siyasətini proqnozlaşdırmaq çətindir: “Əvvəlki illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların müdaxilə cəhdləri yaxşı heç nəyə gətirib çıxarmayıb”.

Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləməkdə davam edir və hər zaman iki ölkəyə dəstək verməyə, vətəndaş cəmiyyəti təmaslarının inkişafına, kommunikasiyaların blokdan çıxarılmasına hazırdır.

“3+3 platformasına gəlincə, bu, Cənubi Qafqaz ölkələri arasında dialoqun qurulması üçün perspektivli mexanizmdir. Onun öz vəzifələri və məqsədləri, qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl inkişafı var. Bunun arxasında heç bir “kluar” gündəlik yoxdur, hər şey açıq şəkildə bəyan edilib”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.