Trampın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının təcili iclası başlayıb

President Donald Trump and his national security team meet in the Situation Room of the White House, Saturday, June 21, 2025. (Official White House Photo by Daniel Torok)

ABŞ prezidenti Donald Trampın rəhbərliyi ilə Ağ Evdə  Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.

AzPost bildirir ki, bu barədə BBC xəbər yayıb.

CNN-in məlumatına görə, ABŞ İrandan Amerikanın Qətər və İraqdakı hərbi obyektlərini hədəf alan bir neçə raketin buraxılışını izləyir. Bu barədə iki məlumatlı mənbə məlumat verib.

CNN-in öyrəndiyi kimi, Pentaqonun katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Kain hazırda Ağ Evin Situasiya Otağındadırlar və onlar təcili olaraq vəziyyəti təhlil edirlər.

CNN onu da xatırladır ki, prezident Donald Tramp bir aydan az əvvəl, mayın 17-də Əl-Udeydə səfər edib. Bu, ABŞ-ın fəaliyyətdə olan prezidentinin 2003-cü ildən bu yana ilk səfəri idi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.