ABŞ prezidenti Donald Trampın rəhbərliyi ilə Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.
AzPost bildirir ki, bu barədə BBC xəbər yayıb.
CNN-in məlumatına görə, ABŞ İrandan Amerikanın Qətər və İraqdakı hərbi obyektlərini hədəf alan bir neçə raketin buraxılışını izləyir. Bu barədə iki məlumatlı mənbə məlumat verib.
CNN-in öyrəndiyi kimi, Pentaqonun katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Kain hazırda Ağ Evin Situasiya Otağındadırlar və onlar təcili olaraq vəziyyəti təhlil edirlər.
CNN onu da xatırladır ki, prezident Donald Tramp bir aydan az əvvəl, mayın 17-də Əl-Udeydə səfər edib. Bu, ABŞ-ın fəaliyyətdə olan prezidentinin 2003-cü ildən bu yana ilk səfəri idi.