Trampın sosial şəbəkəsi yüklənmə sayına görə rekord qırdı

ABŞ-ın keçmiş prezidenti Donald Trampın “TRUTH social” şəbəkəsi “App Store”un pulsuz proqramları arasında yüklənmə sayına görə lider olub.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Proqram fevralın 21-i gecə yarısında “Apple Store”da yükləmək üçün əlçatan olub. “TRUTH social” onu əvvəlcədən sifariş vermiş “Apple” istifadəçilərinin qurğularına avtomatik yüklənib.
Proqram hazırda ABŞ-da məhdud sayda istifadəçi üçün əlçatandır. Tramp Media və Texnologiya Qrupunun rəhbəri Devin Nunes bildirib ki, məqsəd, martın sonuna qədər ən azı ABŞ-da tam fəaliyyətə keçməkdir.
“Twitter”, “Тwitсh” və “Snарсhаt”dakı hesabları bloklanan Tramp ötən ilin sonlarında özünün sosial şəbəkəsini yaratdı. Böyük texnologiyaların tiranlığına qarşı çıxmaq üçün “TRUTH Social” və TMTG (Trump Media and Technology Group) şirkətlərini quran Tramp yeni
platformada hər kəsə söz haqqı veriləcəyini bəyan edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir