Trampın təyyarəsi ilə sərnişin təyyarəsi az qala toqquşacaqmış

Böyük Britaniya səfəri zamanı ABŞ prezidenti Donald Trampın təyyarəsi Nyu-York səmasında sərnişin təyyarəsinə çox yaxınlaşıb.

Bu haqda “Bloomberg“ məlumat yayıb.

Agentliyin məlumatına görə, təhlükəli yanaşmanı aviadispetçer hiss edib və o, sərnişin təyyarəsinin ekipajına toqquşmadan qaçmaq üçün kursunu tənzimləməyi əmr edib.

Qeyd edək ki, Tramp sentyabrın 16-da Britaniyaya səfər edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.