ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Vitkof və kürəkəni Kuşner bu gün Brüsseldə Zelenski ilə görüşməli idilər. Lakin onlar görüşü ləğv ediblər.
AzPost bildirir ki, bu barədə Euronews” jurnalisti Aleks Raufoğlu xəbər verir.
Onun sözlərinə görə, Kreml iddia edir ki, Trampın xüsusi elçisi və kürəkəni Putinlə danışıqlardan sonra Ukrayna prezidenti ilə görüşmədən Vaşinqtona qayıdacağına söz verib.