“Trampla növbəti görüşü yanvarda keçiriləcək”-ZELENSKİ

Prezident Donald Trampın Ukrayna nümayəndə heyəti və Avropa liderləri ilə görüşü yanvar ayına planlaşdırılıb.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

“Biz razılığa gəldik ki, komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün qarşıdakı həftələrdə görüşəcəklər. Prezident Trampla razılığa gəldik ki, o, bizi, ehtimal ki, Vaşinqtonda, yanvar ayında Avropa liderləri və Ukrayna nümayəndə heyəti ilə birlikdə qəbul edəcək”, – Zelenski bildirib.

Zelenski daha sonra “Telegram” kanalında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşün gələn həftə baş tutacağını bildirib.

“Biz razılığa gəldik ki, komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün gələn həftə görüşsünlər”, – o yazıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.