Türkiyədə təhlükəsizlik xidmətinin işçisi tramvayın altına düşən qızı son anda xilas edib.
AzPost bildirir ki, hadisə Kayseri şəhərində baş verib.
Qulaqcıq taxan qız küçəni keçməyə cəhd edib və düz tramvay relslərinə çıxıb. Təhlükəni görən zabit dərhal reaksiya verib, faciənin qarşısını alaraq onu uzaqlaşdırıb.