“Britaniya Baş naziri Liz Tras və Fransa prezidenti Emmanuel Makron Rusiya və Çinə qarşı yeni alyans yaratmağa çalışırlar”.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Gələcək blokun bir məqsədi də Avropa İttifaqına üzv olmaq üçün namizədlər Kosovo və Albaniya ilə münasibətləri yaxşılaşdırmaqdır ki, onlar yalnız Rusiya və Çinin investisiyalarına bel bağlamağı dayandırsınlar”, – məlumatda deyilir.
“Reuters” yazır ki, məqsəd Aİ-yə üzvlüklə bağlı səbrini itirən namizəd ölkələri birləşdirmək və bununla da Rusiya və Çinin Avropanın cənub və şərq kənarlarında nüfuz qazanmaq cəhdlərinə qarşı çıxmaqdır.
Azpost.info