Tümendə çaylar daşıb, 384 yaşayış binası su altında qalıb –FOTO

Tümen vilayətinin 47 yaşayış məntəqəsində 380-dən çox yaşayış binası, həmçinin 523 bağ evi, 3225 şəxsi torpaq sahəsi və 34 yol sahəsi su altında qalıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“47 yaşayış məntəqəsində 384 yaşayış binası, 523 bağ evi, 3225 təsərrüfat sahəsi, 34 avtomobil yolları su altında qalıb”, – deyə məlumatda bildirilir.

Nazirlik qeyd edib ki, Vikulovski rayonunda İşim çayında suyun səviyyəsi qalxmaqda davam edir.

Daşqın proqnozu ilə əlaqədar Tümen vilayətində əvvəlcədən fövqəladə vəziyyət elan edilib. İşim və Tobol çaylarında suyun səviyyəsinin yüksək olacağı gözlənilir. Bölgə qubernatoru bəndlərin uçması və ya daşması ehtimalının artdığını deyib.

Əvvəlki məqalə

Prezidentin COP29-a dəvət məktubları dövlət başçılarına çatdırılıb

Sonrakı məqalə

Salyanda 22 yaşlı gənc özünü asıb