Tünd şokolad stressi azaldır və beynin işini gücləndirir

tünd şokolad
tünd şokolad

Tünd şokolad yalnız dadlı desert deyil, həm də sağlamlığa faydalı təbii məhsuldur. AzPost bildirir ki, Fransanın Sorbonne Universitetinin diyetoloqu Mari Klerm Le Monde-ə verdiyi müsahibədə bildirib ki, tərkibində 70%-dən çox kakao olan şokolad serotonin və dopamin kimi “xoşbəxtlik hormonları”nın səviyyəsini artırır.

Klerm qeyd edib ki, tünd şokolad beynin yaddaş və diqqət funksiyalarını yaxşılaşdırır, həmçinin stresslə mübarizədə kömək edir. Onun sözlərinə görə, gün ərzində 20-30 qram tünd şokolad qəbul etmək həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də ürək-damar sistemi üçün faydalıdır.

Mütəxəssis əlavə edib ki, tünd şokolad antioksidantlarla zəngindir və orqanizmin sərbəst radikallardan qorunmasına yardım edir. Klerm həmçinin şəkər və süni əlavələrdən zəngin şirniyyatlardan uzaq durmağı tövsiyə edir.

Diyetoloq vurğulayıb ki, şokoladın təsiri fərdi olsa da, ölçülü istifadəsi gündəlik enerji səviyyəsini artırmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.