Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

“TuranBank” gender bərabərliyini təşviq edən strateji layihəni uğurla tamamlayıb –

Orkhan Ali 11 Aprel 2025 - 15:31 (Last updated: 21 May 2025 - 20:15)
Turanbank

Turanbank

Azərbaycanın aparıcı banklarından biri olan “TuranBank” maliyyə sektorunda gender bərabərliyinin təşviqinə yönəlmiş strateji layihəni uğurla başa vurub. FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital fondu və Amerika Birləşmiş Ştatlarının ən məşhur universitetlərindən biri olan Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi”nin uzunmüddətli əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihə təhlil və praktiki metodları birləşdirərək maliyyə sektorunda daha inklüziv təcrübələrin dəstəklənməsini təmin edir.

Layihə çərçivəsində, cari ilin martin 14-19-da Enabling Qapital fondunun vasitəçiliyi ilə Kolumbiya Universitetinin magistratura səviyyəsində təhsil alan 7 tələbəsi Azərbaycana səfər edərək “TuranBank”da praktiki araşdırmalar aparmaq imkanı əldə ediblər. Tələbələr Bankın baş ofisi ilə yanaşı, filiallarda fəaliyyət göstərən qadın rəhbər heyəti ilə görüşlər keçirərək Bankın idarəetmə strukturlarında qadınların rolu, iş yerində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə bağlı ətraflı məlumat əldə ediblər. Həmçinin Bankın qadın sahibkarlara verdiyi dəstək, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və biznes sahəsində qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.

Martın 19-da layihənin yekun təqdimatı keçirilib və Bankın gender bərabərliyinə dair həyata keçirdiyi təşəbbüslərin nəticələri, əldə edilən əsas nailiyyətlər və gələcəkdə bu istiqamətdə tətbiq ediləcək təkmilləşdirmələr barədə bankın rəhbərliyi ilə ətraflı müzakirələr aparılıb. Sonda Bankın bu sahədəki fəaliyyətinin gücləndirilməsi üçün konkret fəaliyyət planı təqdim olunub. Fəaliyyət planı çərçivəsində nəzərdə tutulan tədbirlər arasında təhsil proqramları, mentorluq layihələri və gender əsaslı ayrı-seçkiliyin qarşısını almağa yönəlmiş hüquqi mexanizmlərin gücləndirilməsi yer alıb.

“TuranBank”ın İdarə Heyətinin sədri Orxan Qarayev layihənin əldə etdiyi nəticələri yüksək qiymətləndirərək, bu istiqamətdə fəaliyyətin daha da gücləndiriləcəyini vurğulayıb: “Biz gender bərabərliyini yalnız bir siyasət kimi deyil, inkişaf strategiyamızın əsas sütunlarından biri kimi dəyərləndiririk. İnklüziv və dəstəkləyici bir mühit yaradaraq, biz hər bir əməkdaşımıza, cinsindən asılı olmayaraq, inkişaf etmək imkanı təmin edirik. Eyni zamanda, qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılması və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində daim dəstəkləyici tədbirlər görürük. “TuranBank” olaraq, işgüzar sahədə gender bərabərliyi və qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.”

Enabling Qapital Fondunun nümayəndəsi Farida Abdulhafizova Fondun bu sahədə davam edən öhdəliyi çərçivəsində maliyyə institutlarında gender bərabərliyinin vacibliyini vurğulayıb:

“Biz, TuranBank-ın gender bərabərliyinin yalnız bir siyasət deyil, həm də Bankın əsas dəyər prinsiplərindən biri olması ilə bağlı yanaşmaları ilə həmfikirik. Tədqiqatlar göstərir ki, güclü qadın sahibkarları və əməkdaşları olan maliyyə qurumları daha uğurlu nəticələr əldə edirlər. Bu məqsədlə, biz Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi” ilə birgə maliyyə institutlarına bu potensiallarını aktiv həyata keçirməyə dəstək olmaq üçün fəaliyyət planı hazırladıq.”

Məlumat üçün bildirilir ki, “TuranBank”, öz fəaliyyətində gender bərabərliyinə xüsusi diqqət ayırır və beynəlxalq tərəfdaşların dəstəyilə həyata keçirilən bu kimi layihələrin Azərbaycanda qadınların iqtisadi həyatdakı rolunu artırmağa və onların biznes sahələrində daha fəal iştirakını dəstəkləməyə töhfə verəcəyinə əmindir.

Ölkənin lider banklarından olan “TuranBank” 22 satış nöqtəsilə müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

“TuranBank”

Bizimlə etibarlıdır…

Turanbank
Turanbank
00001.00_02_21_15.Still005
00001.00_02_27_18.Still005
00001.00_02_29_03.Still004
00001.00_02_41_21.Still005
00001.00_06_57_08.Still004
00001.00_07_14_12.Still003
1
Turanbank
Turanbank

Post navigation

Previous: Bu şirkət Bakı Metropolitenindən 1 milyon 800 min aldı
Next: Məşhur müğənni “Castin Timberleyk Bakıda konsert verəcək

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

pul
  • İqtisadiyyat

Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib

User 05 Noyabr 2026 - 15:12
2026-cı ilin yanvar – oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16...
Read more about Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib
Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq” tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir? burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00
Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.