Turistlərin düşdüyü qəza ilə bağlı avtobus sürücüsü saxlanılıb- RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) turistlərin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.

Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb.

Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən sərnişin avtobusu turist daşıyırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parlament seçkiləri:

Sonrakı məqalə

Türkiyədə xilasetmə işləri yekunlaşıb