Parlament seçkiləri:exit-poll üçün müraciət edən təşkilat akkreditasiyadan keçdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar exit-poll keçirmək üçün müraciət etmiş Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK sədrinin müavini Rövsət Qasımov məlumat verib. 

MSK Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə  akkreditasiyası barədə qərar qəbul edib.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ankarada zəlzələ olub

Sonrakı məqalə

Turistlərin düşdüyü qəza ilə bağlı avtobus sürücüsü saxlanılıb