Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Türk dünyası ilə bağlı rəsm müsabiqəsi üçün qeydiyyat davam edir

User 10 Sentyabr 2026 - 10:55 (Last updated: 10 Sentyabr 2026 - 12:38)
kasfen

Xəbər verildiyi kimi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihəni icra edir. Layihə çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və artıq bu işlərin bir qisminə start verilib. Layihə çərçivəsində rəsm müsabiqəsi də keçirilir. Müsabiqə ilə bağlı elanlar verilib və qeydiyyat prosesi davam edir.

Bunu CASCFEN-in Mətbuat xidmətinə açıqlamasında təşkilatın sədri Nadir Azəri deyib.

Nadir Azəri bildirib ki, bu günə qədər müsabiqədə iştirak etmək istəyən 40-a yaxın şəxs qeydiyyatdan keçib:

“Qeydiyyat davam edir. Amma mən hesab edirəm ki, bu müsabiqədə iştirak etmək istəyənlər tələsməlidirlər. Çünki bu gün artıq ayın 10-dur və müsabiqə üzrə sənəd qəbulu sentyabrın 20-də başa çatacaq. Buna görə də qeydiyyatdan sonra rəsm əsərini hazırlamağa başlayan şəxslər işlərini vaxtında çatdırmaya bilərlər.

Mən buradan bir məsələni də xüsusilə hər kəsin diqqətinə çatdırmaq istəyirəm. Bəzən bizə kənardan müraciət edənlər deyirlər ki, müsabiqədə iştirak edirlər. Mən də soruşuram: qeydiyyatdan keçmisinizmi? Cavab verirlər ki, xeyr. Halbuki müsabiqədə iştirak etmək üçün mütləq qeydiyyatdan keçmək lazımdır. Biz elanda da qeyd etmişik ki, qeydiyyat üçün göstərilən nömrə (+994552639944) ilə əlaqə saxlanılmalıdır.

Qeydiyyat üçün başqa heç bir sənəd və ya prosedur tələb olunmur. Sadəcə elanda göstərilən nömrəyə zəng edərək, yaxud mesaj yazaraq iştirak edəcək şəxsin adı, soyadı, ata adı, yaşı, harada oxuduğu və ya çalışdığı barədə məlumat verilməsi kifayətdir. Bundan sonra Təşkilat Komitəsi həmin şəxsi qeydiyyata alır”.

N.Azəri deyib ki, elanda da göstərildiyi kimi, sentyabrın 20-də sənədlərin qəbulu başa çatır: “Elanımızda konkret saat qeyd etməmişdik. Lakin bu açıqlama vasitəsilə bir daha diqqətə çatdırmaq istəyirəm ki, sentyabrın 20-si saat 18:00-da müsabiqəyə sənəd qəbulu tam başa çatacaq.

Bir daha hər kəsdən xahiş edirəm ki, bunu nəzərə alsın. Müsabiqədə iştirak etmək üçün mütləq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçməyən şəxslərin müsabiqədə iştirakı ilə bağlı ciddi problem yarana bilər. Çünki Təşkilat Komitəsi qeydiyyatdan keçməyən şəxsləri müsabiqəyə buraxmaya bilər.

Ona görə də müsabiqədə iştirak etmək istəyən hər kəsdən xahiş edirəm ki, elə bu gün və ya sabah qeydiyyatdan keçsin. Xüsusilə rəsm əsərlərini artıq hazırlayan, lakin qeydiyyatdan keçməyən şəxslərə müraciət edirəm ki, qeydiyyat məsələsini də tamamlasınlar. Sonda müsabiqədə iştirak edən hər bir kəsə uğurlar arzulayıram. Əminəm ki, Türk dünyasına xidmət edən bu rəsm müsabiqəsi Azərbaycanda böyük əks-səda doğuracaq.”

AzPost.az

Post navigation

Previous: Azərbaycanda maaşlar nə qədər artıb? –
Next: Yüksək təzyiqi olanlar hansı meyvəni yeməlidir? –

Oxşar xəbərlər

qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Screenshot
  • QHT

Yaşıl enerji və iqlim dəyişiklikləri mövzusunda növbəti tədbir keçirilib

User 23 Oktyabr 2026 - 12:46
qht haq01
  • QHT

Əbdürrəhim bəy Haqverdiyevin “Secilmis Əsərləri” ingilis dilində nəşr olunub

User 22 Oktyabr 2026 - 11:42

xƏBƏR

gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşünə çıxıb. AZƏRTAC xəbər verir...
Read more about Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu
Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir? market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.