Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Türk Hava Yolları” rusları Latın Amerikası ölkələrinə uçan təyyarələrə buraxmır

User 23 Aprel 2024 - 08:47 (Last updated: 21 May 2025 - 20:15)
teyyare01

“Türk Hava Yolları” şirkəti  Rusiya vətəndaşlarını Latın Amerikası ölkələrinə uçuşlara buraxmırlar.

Azpost.info bildirir ki, bu barədə RBC-yə diplomatik nümayəndəliyin mətbuat xidməti məlumat verib.

Rusiyanın Türkiyədəki səfirliyi ruslara “Türk Hava Yolları”nın xidmətlərindən istifadənin məqsədəuyğunluğu barədə diqqətlə düşünməyi tövsiyə edib.

“Problem ciddidir. Türkiyə rəsmilərinin bunun ciddiliyindən nə dərəcədə xəbərdar olduğu bizə aydın deyil.  Rusiyanın İstanbuldakı Baş Konsulluğu aviaşirkətin diqqətini yaranmış qeyri-sağlam vəziyyətə yönəldib. Səfirlik də öz növbəsində Türkiyə Xarici İşlər Nazirliyi ilə həm yazılı, yəni rəsmi nota ilə, həm də şifahi şəkildə əlaqə saxlayıb. Hələlik dəqiq cavab verilməyib”, – deyə onlar qeyd ediblər.

Səfirliyin məlumatına görə, son həftələrdə İstanbul hava limanından tranzitlə Latın Amerikasına keçən Rusiya vətəndaşlarının təyyarəyə buraxılmaması halları olub.

Şirkət işçiləri təyinat ölkələrinin rusların qəbulu üçün ciddi qaydalar müəyyən etdiyinə istinad edirlər. Bu tələblərə aşağıdakılar daxildir: geri dönüş biletinin olması, nağd pul, mehmanxana rezervasiyasının təsdiqi, səyahətin məqsədi turizmdən başqa olduqda müvafiq təsdiqedici sənədlər və s.

2023-cü ilin yanvarında Rusiya Turizm Operatorları Assosiasiyası bildirmişdi ki, Meksikadakı sərhədçilər ölkədən tranzit zona kimi istifadə hallarının artması səbəbindən rusları daha az buraxmağa başlayıblar. “Fakt budur ki, son vaxtlar rusların Meksikaya yalnız ABŞ-la sərhədi keçmək və qeyri-qanuni olaraq Amerikada qalmaq məqsədi ilə gəldiyi hallar getdikcə daha çox olur. Bu cür cəhdləri dayandırmaq üçün Meksikadakı immiqrasiya məmurları giriş üçün lazım olan bütün sənədləri, o cümlədən geri dönüş biletini əvvəlkindən daha diqqətlə yoxlayır”, – ATOR izah edib.

Post navigation

Previous: Kiyevdə partlayışlar baş verib
Next: “Barselona”nın baş məşqçisi Xavi klubu tərk etməyəcək

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.