Türk ordusunun Liviyaya göndərilməsi başlandı –Ərdoğan açıqlama verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk qoşunlarının Liviyaya göndərilməsinə başlanıldığını açıqlayıb.

Türkiyə lideri bu barədə “CNN Türk” telekanalı vasitəsilə bildirib.

“Hərbçilərimizin tapşırıqlarına koordinasiya hərəkətləri daxildir. Liviyada qanuni hökumətin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin hərbi qulluqçularının mütəmadi olaraq göndərilməsinə başlanılıb”, – Ərdoğan belə deyib. (APA)

Prezident ancaq Türkiyə qoşunlarının artıq Liviyada olub-olmaması barədə heç nə deməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir