Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir

Türkiyə parlamentinin mülki aviasiya qanunlarına etdiyi dəyişikliklər nəticəsində hava limanlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir.

Bundan sonra hava limanının əməkdaşları aeroportdan verilən yazılı əmr əsasında təhlükəsizlik qüvvələrinin nəzarəti altında insanlara və onların baqajlarına vizual baxış keçirə biləcəklər.

Dəyişikliklərə əsasən, xüsusi qurğularla yoxlama hər hansı səbəbdən başa çatmadıqda sərnişinin özü və əşyaları əl ilə yoxlanılacaq. Buna razılıq verməyən sərnişinlərin hava limanına daxil olmasına və ya təyyarəyə minməsinə icazə verilməyəcək(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.